Work and Travel USA Proqramı Amerika Dövlət Departamenti tərəfindən idarə edilən, dünyanın müxtəlif yerlərindən tələbələrin yay tətili ərzində Amerika Birləşmiş Ştatları işləyib ingilis dilini təkminləşdirmək imkanları verən, dünyanı və fərqli mədəniyyətləri tanımalarını təmin edən bir tələbə mübadilə proqramıdır.
Proqram haqqında:
Work and Travel (WAT) Amerika Birləşmiş Ştatları hökumətinin nəzarəti altında olan tələbə mübadilə proqramıdır. Bu proqram dünyanın müxtəlif ölkələrindəki universitet tələbələrinə yay tətili müddətində Amerikada işləyib, ingiliscə danışıq təcrübəsini inkişaf etdirmək, dünya və müxtəlif xalqların mədəniyyətləri ilə tanış olmaq imkanı verir. WAT həmçinin, tələbələrin turist kimi deyil, Amerika vətəndaşı kimi yaşamağı və düşünməyi təmin edən və bununla yanaşı səyahət xərclərini qazanıb, əlavə olaraq müəyyən miqdarda pul yığmaq fürsətini verir.
Şərtlər:
Work and Travel proqramının əsas şərtləri bunlardır:
18-28 yaş arası olmaq
Ali mətəblərin birinin tələbəsi olmaq.Proqramda sonuncu kurs tələbələrinin iştirakına icazə verilmir.
Ən azı orta səviyyədə ingilis dilini bilmək.(Burada əsas tələb olunan şərt, qarşında olan şəxsə öz fikrini normal formada izah etdirməkdir.)
Ali məktəb qiymətlərinin normal olması.
Proqramın faydaları:
Hər il bir çox ölkələrdən gələn minlərlə universitet tələbəsi WAT proqramına qoşularaq yüksək səviyyəli beynəlxalq təcrübə qazanmaq fürsəti əldə edir.Əsasən proqramın tələbələr üçün faydaları sırasında bunları qeyd etmək olar.Ayda təqribən 1000-1500 ABŞ dolları qazana bilmək və proqram üçün lazımi yaşayış və səyahət xərclərini ödəyə bilmək imkanı. Eyni zamanda həm işləmək, həm də dincəlmək fürsəti, Proqramın sonunda ömür boyu unudulmayacaq təcrübə və xatirələr qazanmaq.Amerikada qalınan 4 ay müddətində ingiliscə danışıq qabiliyyətini inkişaf etdirmək və ingilis dili məlumatını real həyatda praktiki olaraq tətbiq etmək fürsəti əldə etmək.Tələbələrin gələcək karyerası üçün təcrübə qazanmaq.Həm Amerika Birləşmiş Ştatları vətəndaşları, həm də digər ölkələrdən gələn tələbələrlə tanış olub onların mədəniyyətlərini yaxından tanımaq, eyni zamanda öz milli mədəniyyətlərini də əcnəbilər arasinda nümayiş etdirmək və tanıtmaq fürsəti qazanmaq.
Proqram şərtləri:
Work and Travel USA proqramına qatılmaq üçün ciddi şərtlər tələb olunmadığından, dünyanın hər bir yerindən, hər il təxminən 150.000 tələbə iştirak edir.Proqram üçün tələb olunan ən önəmli şərt, iştirakçının tələbə olmasıdır.Proqramda yalnız əyani şöbədə oxuyan tələbələr yararlana bilər.Digər bir şərt isə,tələbənin orta səviyyədə ingilis dilini bilməsi hesab olnurur.Bu əsasən tələbələrin Amerika Birləşmiş Ştatlarında öz fikirlərini sərbəst ifadə etməsi üçün lazımdır.Tələbənin xeyrinə olacaq sonuncu məsələ isə, onun illik qiymətlərinin kafi olmamasıdır.Bütün bu şərtlərə cavab verən, tələbələrin viza almaq ehtimalı 95% hesab olunur.
İş Saatları və Qazanc:
Proqramda iştirak edən tələbə iş saatlarını ilk olaraq iş imzalamasında müəyyənləşdirməlidir. Bu imzalamada iş sahibi ilə razılaşaraq özü və iş sahibi üçün uyğun minimum bir miqyas seçir. Bu miqyas günlük təqribən 8 saatdır.Bu isə həftədə 35-40 saat edir. İş saatları işin gedişatına görə dəyişə bilər. Məsələn, sezonun ağır olduğu vaxtlarda iş sahibi tələbəyə əlavə olaraq iş saatları ayıra bilər, ancaq bunu qəbul etmək tamamilə tələbənin istəyinə bağlıdır. Bu vaxtlarda iş sahibi işçiyə əlavə iş haqqı (Over – time) ödəmək məcburiyyətindədir. Bu ödəmə normal ödəmənin 1.5 qatı qədərdir. Ümumi olaraq Work and Travel tələbələrinin gəliri saatlıq 7.5 – 9 ABŞ dollarıdır. Bu da tək işdə həftəlik 40 saat işləyən bir tələbənin Work and Travel sezonu boyunca təqribən 5.000 ABŞ dolları qazandığını göstərir.
Qiymətə daxildir:
1) Qeydiyyat haqqı (STİ Azerbaijan)
2)All Intrax services:(Sponsor services)
-English evaluation interview via Skype
-Health/travel insurance for the program period indicated on the DS-2019 form (grace period is not covered)
-Eligibility (DS-2019) form issued by Intrax and sent to your home address
-Pre-departure orientation and support materials
-In-country support including access to 24/7 support via free telephone line after arrival in the USA
3) SEVİS Fee
4) Job Offer by STİ Azerbaijan and interview by Skype
5) VİSA Fee
6) Promotion Code: You will receive a discount of 50 $
7) İSİC card (İnternational Student İndentity Card) -An ISIC card is your passport to fantastic benefits and services the world over.
Qiymətə daxil deyil:
1) Aviabilet
2)Hər bir tələbinin üzərində ən azı 600 dollar pulun olması məsləhət görülür. Ancaq yaxşı işləyən və öz işini bacaran tələbələr çox vaxt, proqram xərclərini tam qazana bilirlər.
Qeyd:
-Bəzən tələbələrlə, sahibkarlar arasında olan problemlər səbəbindən, tələbənin işdən qovulması və vaxtından əvvəl ölkəsinə qayıtmasına səbəb olur!
-STI Azerbaijan və beynəlxalq vergi geri qaytarma şirkəti TaxBack.com bütün iştirakçılarımız üçün razılaşmışdır. Amerikada ödəəcəyiniz vergilərin bir hissəsini ( qanuni xərclərdən sonra qalan ) STİ Azerbaijan– in köməyi ilə geri qaytarılacaqdır.
sti-mail__feedback__title_secondary