Elektron viza haqqında:
2013-cü ilin martından etibarən Azərbaycan öz vizasının əldə edilməsi istiqamətində yeni sistem (prosedur) tətbiq etməyə başladı. Elektron viza proseduru ucuz, tez, səfirliyə gəlib, getmək vaxtı tələb etməyən və heç bir növbə olmayan bir prosedurdur. Bir qayda olaraq, Siz elektron viza prosedurundan istifadə etdikdə, hazır vizanız PDF formatı sənəd qismində Sizin e-poçt ünvanınıza gəlir. Azərbaycana çatdıqda isə Sizin öz pasport və ya digər səyahət sənədinizlə birgə həmin PDF vizanı sərhəd xəttində təqdim etməyiniz kifayətdir.
Elektron vizanı əldə etmək üçün aşağıdakı sənədlər tələb olunur:
1. Pasportunuzun skan edilmiş (elektron) nüsxəsi
2. Uçuş biletinizin skan edilmiş (elektron) nüsxəsi
3. Azərbaycanda yerləşəcəyiniz otelin rezervasiyasını təsdiq edən sənədin (elektron) nüsxəsi
4. 3x4 ölçülü skan edilmiş (elektron) fotoşəkil
5. Tam doldurulmuş və imzalanmış müraciət forması (skan edilmiş və ya elektron)
E-viza üçün formanı doldurduqdan sonra Siz bütün tələb olunan sənədləri bizim e-poçt ünvanımıza (nl@sti.az) göndərə bilərsiniz.
Diqqətinizə çatdırırıq ki:
1. Elektron viza 10-15 iş günü ərzində verilir. Xahiş edirik ki, Siz elektron viza müraciətinizi səfərinizdən (ən azı 30 gün) öncə göndərəsiniz.
2. Şirkətimiz XİN tərəfindən bu və ya digər elektron viza müraciətinə imtina cavabı verilməsinə görə məsuliyyət daşımır.
3. Pasport Azərbaycana səfərdən öncə (ən azı 6 ay müddətinə) etibarlı olmalıdır.
Nəzərə alın ki, Siz Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə icazəsiz (qanunsuz) səfər etmisinizsə Azərbaycan XİN-ni Sizin elektron viza müraciətinizi qəbul etməyəcək.
sti-mail__feedback__title_secondary