24.08.2016
ŞAMAXI TURLARI
2 gecə, 3 gün
Cümə Məscidi (9-20-ci əsrlər), Yeddi Günbəz adlı yeddi türbədən ibarət kompleks (18-19-cu əsrlər), Gülüstan qalası (8-15-ci əsrlər), Şirvanşah Şahrurun farslara qarşı müdafiə məqsədilə inşa etdirdiyi qalası və nadir su sistemi: müdafiə qalalarini su ilə təmin edən gizli su kəməri, daş su anbarı da qalada qalmışdır; Qalaxana məqbərə kompleksi (16-17-ci əsr), Mərəzə ərazisində Diri Baba məqbərəsi (15-ci əsr), Astronomik Rəsədxana (1956-cı il).
TUR 1
Bakı - Şamaxı - Bakı
Müddət: 1 day. Məsafə: 135 km. Mövsüm: mart- noyabr
Şamaxıya avtomobil və ya qatarla gediş 2 saat davam edir. Bu gəzinti zamanı siz Cəngi ərazisindəki dağlıq ərazininin panoramik mənzərəni seyr edəcək, Mərəzə kəndində Diri-Baba məqbərəsinə, Şamaxı şəhər mərkəzinə, tarixi Cümə məscidinə və Yeddi-günbəz türbəsinə və Pirquluda astronomiya Rəsədxanasına səyahət edəcəksiniz.Restoranda günorta yeməyi. Bakıya qayıdış.
TUR2
Bakı - Şamaxı - Lahıc - Bakı
Müddət: 1-2 gün. Məsafə: 190 km. Mövsüm: mart-noyabr
Bu gəzinti V əsrdə Qafqazın qoynunda Girdimançay kanyonunda salınmış tarixi – memarlıq incisi olan Lahıca qədər gedir. Lahıcda qədim məscidlər, hamam-evlər, orta əsrlər çirkab suların axıdılması sistemi və çoxlu zərgərlik əşyaları, aksesuarlar, mis qablar, xalçalar, saxsı qablar, xəncərlər və digər dəmir məmulatlarından zövq ala bilərsiniz. Tur xüsusi xilasetmə kommisiyası heyəti tərəfindən təşkil olunur.
sti-mail__feedback__title_secondary