Yuxarı Aşağı
dəyişmək Azərbaycan dili
dəyişmək currency_
Bağla
Phone +994 12 594 90 99
Sifarişi yoxla Qeydiyyat
Валюта поиска и оплаты
EUR
currency_EUR
USD
currency_USD
RUB
currency_RUB
AZN
Azərbaycan manatı

Turlar

EKOLOJİ TUR

Azərbaycan Respublikasının zəngin flora və faunaya malik  əlverişli təbii-coğrafi mövqeyi var. Burada demək olar ki, hər növ bitki (4500 növ), 97 növ heyvan, 357 növ quş, 100növə yaxın balıq, 67 növ sürünən, təxminən 15 min həşərat növü vardır. Meşələr ərazinin 12%-ni təşkil edir. Burada şam, akasiya, palıd, xurma, şümşad, əncir və digər ağaclar, 8400-ə yaxın böyük çaylar vardır. Çaylardan ən böyüyü Kür və Araz çaylarıdır. Burada həmçinin mineral bulaqlar, palçıq vulkanları vardır. Azərbaycan ərazisinin şərq sahili dünyanın ən böyük gölü olan Xəzər dənizi ilə yuyulur. Ölkəmizdə 6 milli park, 13 qoruq, 21 dövlət yasaqlığı vardır. Ekoloji turlar sizə ölkəmizin fauna və florası ilə tanış olmaq şansı qazandıracaq.

TUR 9

Böyük Qafqazın şimal-qərbi və şimal regionunun enliyarpaqlı meşələr, dağ və çay ərtafı gəzintilər.

TUR 10

Böyük Qafqazın canub-şərq yamaclarında olan enliyarpaqlı meşələrin flora və faunası, dağ çaylarının dərələri: Pirqulu, İsmayıllı, Qax, Zaqatala qoruqları, Niyaldağ, Rüstəmbas-Salavat yüksəklikləri və Alazan-Aftara vadisi.

TUR 11

Şimal hissədə yerləşən Şahdağ Milli Parkı:

a)  Qusarçay dərəsi, Şahyaylaq yaylası və Şahdağ – Bazardüzü – Bazaryurd – Tufandağ - Qızılqaya silsilələri (məsafə: 50 km, hündürlük: 1000-4466m, fəsillər: may- sentyabr)

b) Qudyalçay və Eikçay dərələri, Xınalıq və Tufandağ yamacları, Salavat yüksəkliyi (məsafə: 80 km, hündürlük: 800-4191 m, fəsillər: may-oktyabr)

c)   Şahdağ Milli Parkıdan Qalaaltı (Çıraqqala qalıqları) dağ istirahət mərkəzinə bir neçə gün davam edən piyada-avto-at yürüşləri. Marşrut: Laza (Qusar) – Şahyaylaq-Xınaqlıq-Xapıt Ruk-Sexub-Afurca-Təngə yüksəkliyi-Qraenq yüksəkliyi-Qalaaltı (marşrutun aktiv hissəsinin qət edəcəyi məsafə: 150 km; h= 700-2850 km; fəsillər: aprelin sonu – oktyabr)

d)  Bir meçə gün davam edən qarışıq gəzinti: ekskursiyalar, əl işi master-klasları, Şahdağ Milli parkından İsmayıllı qoruğuna piyada-avto-at gəzintisi.

sti-mail__feedback__title

sti-mail__feedback__title_secondary