19.08.2016
Bakı – Gəncə - Bakı Gəncə turları
3 gün, 2 gecə
Şah Abbas məscidi (17-ci əsr), Şahsevənlər məscidi(1880), İmamzadə kompleksi (XVII-XIX əsrlər), Aleksandr Nevski Ortodoks kilsəsi (XIX əsr),Tarix müzeyi, böyük Azərbaycan şairi Nizami Gəncəvi mavzoleyi, Mirsəl mavzoleyi (XIX əsr) “Comərd-Qəssab” (XII əsr), “Cavad Xan” (2004), “Çökək hamam” (XVI əsr), qədim protestant kilsəsi- indiki kukla teatrı, qədim Alban kilsəsi – indiki musiqi zalı. Baxmayaraq ki, əksər xristiyanlar burada deyil (ermənilər, ruslar, almanlar), görməli kilsələr hələ də qalmaqdadır: şəhərin cənubunda dağılmış erməni kilsəsi, Aleksandr Nevski kilsəsi və universitet yaxınlığına 19-cu əsrə aid ortodoks kilsəsi. Gəncədən 15 km şimal-şərqdə İmamzadə kompleksinə rast gələ bilərsiniz. Bu mavi günbəzli, məzarlıqla əhatə olunmuş kərpic binadır. İçəridə siz İmam Bağır ibn İbrahimin qara örtüklə örtülmüş məqbərəsini görə bilərsiniz. Binanın əslinin inşa olunma tarixi naməlum olsa da, onun hazırki dizaynı 19-cu əsr yenidənqurmasının nəticəsidir. Hazırda şəhərdə metallurgiya, qab-qacaq, ipək və ayaq geyimləri sənayesi vardır. Təsərrüfat sahələri yaxınlığında ərzaq, üzüm və kətan yetişdirilməsi həyata keçirilir.
Tur 1 BAKI – GƏNCƏ – BAKI
Müddəti: 2-3 gün
Məsafə: 370 km
Fəsillər: bütün il boyu
Bakıdan Gəncəyə yola düşmə. Mingəçevir sənaye şəhərində Kür çayı üzərində dayanma. Gəncəyə çatma. Gəncə otelində axşam yeməyi və gecələmə. Gəncədə qaldığınız müddətdə siz şəhərin görməli yerlərini gəzəcəksiniz: Şah Abbas məscidi, orta əsrlərdən qalma karvansaray, miniatür müzeyi, böyük Azərbaycan şairi Nizami Gəncəvi mavzoley, Xanlar şəhərində əvvəllər alman koloniyalarına məxsus olmuş Helenender, yerli bazar.
Gəzintinin qiymətinə daxildir: nəqliyyat xidməti, bələdçilik xidməti, muzeylərə giriş haqları, hər bir şəxs üçün 0.5 litr içməli su.
sti-mail__feedback__title_secondary