19.08.2016
Böyük İpək yolu gəzintisi
Diqqət! Bu tur Bakıdan Gürcüstan sərhədinə qədər ərazini əhatə edə bilər.
STI travel Bakı – Şamaxı – Şəki – Tbilisi və ya Tbilisi – Şəki – Şamaxı – Bakı kimi qədim Azərbaycan və Gürcüstan şəhərləri daxil olmaqla QAFQAZ İPƏK YOLU turunu təklif edir.
Azərbaycan qədim tarix və mədəniyyət şəhəridir. Burada 6 mindən çox tarixi, arxeoloji və memarlıq abidələri vardır. Arxeoloji və tarixi aspektdən Azərbaycanın istənilən ərazisi turistlərin marağına səbəb ola bilər. Qobustan ərazisində (Bakıdan 60 km məsafədə) dünya mədəniyyətinin nadir inciləri, ilk insan məskənlərindən olan Azərbaycan tarixi qoruğu olan Qobustan qoruğu yerləşir (4000 petroqlif). Peşəkar memarların əl işləri arasında dünya mədəni irs siyahısına düşmüş İçərişəhər, əfsanəvi Qız Qalası (XII əsr), qarışıq rəngli freskolarla örtülmüş nadir Şəki xan Sarayı (XVII əsr) Naxçıvanda Möminə-xatun türbəsi, Mərəzə ərazisində yerləşən sirli Diri-baba qalası, ölkənin müxtəlif yerlərində minarəli məscidlər, əsrlərə tab gətirmiş körpülər, dağların zirvəsində qurulmuş möhkəm qala divarları vardır. Həqiqətən də, bu möcüzələrin bir qismini görmək üçün böyük məsafələr qət etməyə dəyər.
sti-mail__feedback__title_secondary