30.06.2016
Turizm agentliyində çalışmaq istəyirsən?
STI Azerbaijan “Amadeus Basic Course”, “Amadeus Electronic Ticketing” və “Turizm Meneceri” kursları dəstini elan edir.
Kurslar həftənin bazar ertəsindən cümə gününə qədər Caspian Plazanın (II korpus) 13-cü mərtəbəsində keçirilir.
Tədris dilləri: azərbaycan və rus
Kursun sonunda imtahan təşkil olunur və iştirakçılar beynəlxalq sertifikatla (Amadeus) təltif olunur. “Turizm Meneceri” kursunun sonunda isə iştirakçılara STI Azerbijan və Standart
Insurance sığorta agentliyinin birgə təşkil etdiyi sertifikat təqdim edilir.
“Amadeus Baza Kursu”
Kursun məzmunu:
Sistemin yüklənməsi;
Təlim rejimi;
Kodlaşdırma/dekodlaşdırma;
Timatic- viza məlumatları, gömrük qaydaları, vaksinlər;
Amadeus informasiya səhifələri;
Köməkçi səhifələr;
Amadeus Air;
Ekran mövcudluğu yerləri;
Cədvəllər ekranı;
Aviaşirkətlərə keçid səviyyələri;
Sifarişlərin təşkili;
Tələb olunan elementlər;
Sifarişin modifikasiyası;
Sifarişin tarixi;
Bank növbələri;
Tariflər;
Cüt şəhərlər üçün tariflər ekranı;
Sifarişin dəyərinin hesablanması;
Minimum dəyərin hesablanması.
“Amadeus sistemində elektron biletlərin qeydiyyatı” kursu
Kursun məzmunu:
Elektron bilet qeydiyyatı üçün vacib elementlər;
Ləğvetmə (void);
Biletin yenidən bərpası (reinstate);
Biletin yenidən təsdiqi (revalidation);
Tamamilə istifadə olunmuş biletin yenidən buraxılışı (exchange);
Yarı istifadə olunmuş biletin yenidən buraxılışı (reissue);
Avtomatik geriödəmə (automatic refund).
“Turizm meneceri” kursunda iştirak etməklə siz otellərin növləri, sinif və standartlarını,müştərilərlə münasibər qurmağın əsas iş prinsiplərini, turistik marşrutların və proqramların metodikasını, pasport-viza məsələlərini, turistik sığortanın xüsusiyyətlərini, onlayn sifarişlərin verilməsini (aparıcı turizm şirkətlərinin saytında), həmçinin Amadeus-un otel sifarişindəki yeni qərarlarını öyrənmək şansı əldə edəcəksiniz.
sti-mail__feedback__title_secondary