SƏYAHƏT ƏRZİNDƏ KÖMƏK

Olmaq istədiyiniz yerə gedin
Elə indicə səyahət etmək? Siz biletinizi Azərbaycanda almışsınızmı? Biletinizi necə dəyişməyin mümkün olduğu və başqa məlumatlarla tanış olun.
Bizdən hansı növ bilet almağınızdan asılı olmayaraq biz sizə olmaq istədiyiniz yerə getməyə kömək edəcəyik.
STA Travel-in Kağız Bileti
MARŞRUTUN DƏYİŞDİRİLMƏSİ, YAXUD HAZIRKI MARŞRUTUNUZA DAYANACAQ ƏLAVƏ EDİLMƏSİ
Aldığınız təyyarə biletinin növündən asılı olaraq marşrutunuz dayanacağın əlavə edilməsi daxil olmaqla dəyişdirilə, yaxud dəyişdirilməyə bilər. Bəzi təyyarə biletləri bilet, habelə hər hansı haqlarda olan fərqin ödənişini tələb edən növbəti mövcud tarif üzrə artımın ödənişini tələb edə bilər. Daha ətraflı məlumat almaq üçün Travel Help -in Sorğu Blankını doldurun.
BİLETİN ETİBARLILIQ MÜDDƏTİNİN UZADILMASI
Biletlər biletin özündə göstərilən müddətlər üzrə etibarlı sayılır və həmin müddətlər uzadıla bilməz. Aldığınız təyyarə biletinin növündən asılı olaraq bəzi biletlər tələb etdiyiniz tarixlər üzrə yeni biletin alınmasına qədər istifadə edilə bilər. Siz təyyarə biletinin məbləğindəki fərqi üstəgəl valyuta məzənnəsi ilə əlaqədar hər hansı haqları ödəyəcəksiniz. Daha ətraflı məlumat almaq üçün Travel Help -in Sorğu Blankını doldurun.
BİLET PULUNUN GERİ ALINMASI
Aldığınız təyyarə biletinin növündən asılı olaraq bəzi biletlərin məbləği daşıma şirkəti tərəfindən geri ödənilə və ya biletinizin alındığı STA Travel-nın yerləşdiyi yerdə rəsmiləşdirilə bilər. Zəhmət olmasa, daha ətraflı məlumat əldə etmək üçün STA Travel Ofisi ilə əlaqə saxlayın.
SƏYAHƏT VAXTININ DƏYİŞDİRİLMƏSİ
Dəyişdirmələr adətən biletin etibarlılıq müddəti ərzində həyata keçirilir. Biletinizin etibarlılıq müddətini yoxlamaq üçün dəyişdirmək istədiyiniz uçuş üzrə Tarixdən Etibarlı Deyil ("NVA) qrafasına baxın. Əgər yeni tarixiniz bu tarixdən əvvəl gəlirsə, siz səyahət tarixinizi dəyişdirə biləcəksiniz.
Habelə, biletinizin yuxarı hissəsində qadağalar/təsdiqetmələr qrafasına baxın. Burada "DƏYİŞİKLİKLƏRƏ İCAZƏ VERİLMİR", yaxud "SƏYAHƏT YALNIZ BAZAR ERTƏSİ-ÇƏRŞƏNBƏ GÜNLƏRİ" kimi əlavə məlumat ola bilər. Bu cür yazılar adətən biletinizin dəyişdirilə bilmədiyini və ya yalnız göstərildiyi kimi dəyişdirilə biləcəyini bildirəcək.
Dəyişdirmələri etmək və ya biletinizin dəyişdirilə biləcəyini görmək üçün zəhmət olmasa, ən yaxınlıqda yerləşən Travel Help Filialı ilə əlaqə saxlayın və onlar sizə daha artıq məlumat verəcəklər. Bütün dəyişikliklər uçuş xidmətindən istifadə edilməsi ilə bağlı olmalıdır. Tarixin dəyişdirilməsi və biletinizdə dəyişiklik edilməsi ilə bağlı hesablanmış məbləğ $35 ABŞ dolları təşkil edəcəkdir.
MARŞRUTUN VƏ YA SƏYAHƏTİN DƏYİŞDİRİLMƏSİ
Marşrutunuza dəyişiklik edilməsi sadəcə olaraq biletinizin yenidən verilməsindən ibarət ola bilər və ya köhnə biletinizin istifadə edilməmiş dəyərinin tamamilə yeni biletə tətbiq edilməsini tələb edə bilər. STA Travel sizin tələblərinizə hansı seçimin daha çox uyğun gəldiyini müəyyən etməkdə sizə kömək edəcəkdir. Marşrut üzrə bütün dəyişikliklərə gəldikdə isə biz biletinizi aldığınız əsas STA Travel filialı ilə əlaqə yaradacaq ki, bu prosesə də təxminən 24-48 saat vaxt sərf ediləcəkdir. Biletinizin yenidən verilməməsi halında sonra yeni alğıya tətbiq edilə biləcək Kredit Həcmi müəyyən ediləcəkdir. Marşrutunuza və ya getdiyiniz ölkəyə dəyişiklik etmək üçün sizdən bir biletə görə $50 ABŞ dolları haqq tutulacaq. Siz, həmçinin Kredit Həcminiz və yeni biletinizin dəyəri arasındakı bilet qiymətindəki fərqi də ödəməlisiniz(tətbiqi edilən yerdə). Dəyişiklik etmək və ya biletinizin dəyişdirilə biləcəyini görmək üçün zəhmət olmasa, , ən yaxınlıqda yerləşən Travel Help Filialı ilə əlaqə saxlayın və onlar sizə daha artıq məlumat verəcəklər.
BİLETİN ETİBARLILIQ MÜDDƏTİNİN UZADILMASI
Biletinizin etibarlılıq müddəti uzadıla bilməz. Buna baxmayaraq, siz biletiniz üzrə Kredit Həcmi (aşağıya baxın) əldə edə bilərsiniz. Bu, sizin yeni səyahət planlarınız üçün digər biletin dəyərinə əlavə edilə bilər.
Ən yaxınlıqda yerləşən Travel Help Filialı ilə əlaqə saxlayın və onlar sizə daha artıq məlumat verəcəklər.

YENİ BİLET ALMAQ ÜÇÜN KREDİT HƏCMİNDƏN İSTİFADƏ ETMƏK
STA Travel bu unikal seçimi təqdim edən yeganə səyahət şirkətidir. Mahiyyət baxımından, Kredit Həcmi biletinizin istifadə edilməmiş hissəsinin yerdə qalan dəyərinin hesablanmasıdır. Sizin Kredit Həcminiz STA Travel-dən digər məhsulun alınması xərcinin ödənilməsi üçün istifadə edilə bilər və bu məbləğ etdiyiniz alğı həcminə uyğun gəlir. Kredit Həcmini əldə etdikdən sonra siz mövcud planlarınızı qoruyub saxlaya bilərsiniz. Kredit Həcmi yalnız sizin onu nə üçün istifadə etmək istədiyinizi bizə söylədiyiniz zaman aktivləşdirilə bilər. Kredit Həcmini əldə etmək üçün məbləğ bir bilet üzrə $50 ABŞ dolları təşkil edir. Siz hazırkı planlarınızı qoruyub saxlamağa qərar versəniz, məbləğ geri qaytarılmır. Kredit Həcmi yalnız verildiyi təqvim ayı üzrə qüvvədə olur, buna görə də əgər onun həmin ay ərzində istifadə etməsəniz, onda digər Kredit Dəyəri üçün müraciət etməli olacaqsınız. Kredit Dəyərləri ilkin verilmə tarixindən iki il müddətinə STA Travel Blue TicketsTM-dən alına bilər. Kredit Həcmləri biletin bütün istifadə edilməmiş hissələri üzrə mövcud deyildir. Bəzi hallarda, heç bir dəyər yerdə qalmır. Kömək məqsədilə ən yaxınlıqda yerləşən Travel Help Ofisi ilə əlaqə saxlayın.
MƏBLƏĞİN GERİ ALINMASI
Geri ödənilmələr yalnız bileti aldığınız STA Travel bölməsi tərəfindən qiymətləndirilə və həyata keçirilə bilər. Məbləği geri almaq üçün siz biletinizi onu aldığınız ofisə göndərməli və onlardan biletin məbləğinin geri ödənilməsini xahiş etməlisiniz. Bileti verən ofis ödənilməli olan istənilən pul vəsaitlərini hesablayacaq.
İTİRİLMİŞ BİLETLƏR
Biletlər itirilə və ya oğurlanarsa, ən yaxınlıqda yerləşən Travel Help Ofisi ilə əlaqə saxlayın. Siz onlara aşağıdakı məlumatları verməlisiniz:
• Biletin alındığı ofis
• Alğı tarixi
• Səyahətçinin adı
• Hava yolu
• Marşrut/Gedilən ölkə
• Biletin nömrəsi və ya əgər varınızdırsa, biletin surəti
Travel Help ofisinin işçi heyəti biletin yenidən verilməsinə icazə almaq üçün biletinizi verən STA Travel ofisi ilə əlaqə saxlayacaqdır. Bu bu prosesə də təxminən 24-48 saat vaxt sərf ediləcək və sizdən $50 ABŞ dolları məbləğində haqq tutulacaqdır.
Standart Kağız Bilet
SƏYAHƏT TARİXİNİN DƏYİŞDİRİLMƏSİ
Biletlər ABŞ-da alınır: Əgər siz "kağız billet" alırsınızsa (yəni, sizin səyahətinizin hər bir bölməsi üzrə faktiki karton kağızda uçuş kuponlarınız olur), onda dəyişdirmə sizin Şimali Amerikanı tərk etməyinizdən sonra birbaşa hava yolu ilə əlaqə saxlamaqla həyata keçirilə bilər. Aşağıda hava yolunun telefon nömrələrinin siyahısını tapın.
STA Travel sizin Şimali Amerikadan birbaşa yola düşməyinizdən əvvəl istənilən dəyişiklikləri edəcəkdir. Zəhmət olmasa, ya yerli STA Travel filialınız ilə əlaqə saxlayın, ya da +99412 4980880 nömrəsinə zəng edin. Kağız bilet sahiblərindən hər hansı dəyişikliyin edilməsindən əvvəl STA Travel ofisinə əsli biletləri qaytarmaq tələb olunacaqdır. Yola düşdükdən sonra siz birbaşa hava yolları ilə əlaqə saxlamalısınız.
Bir çox hava yolları biletlərinə əvvəlcədən alğı tələbləri tətbiq edilir. Bu qaydalar sizin Blue STA Travel Marşrutunuzda çap edilir. Sizin STA Travel Məsləhətçiniz siz tarixin dəyişdirilməsi üçün zəng edən zaman bunları və istənilən digər məhdudiyyətləri sizinlə müzakirə edəcəkdir.


Bizim ən yaxşı təkliflərimiz!