Youth Card (IYTC) - Gənclər üçün Vəsiqə

Əgər sən gəncsənsə, artıq təhsil almırsansa, lakin əvvəlki kimi dünyanın 119 ölkəsində qənaət etmək və güzəştli aviabiletlər almaq istəyirsənsə, onda İYTC vəsiqəsi sənə kömək edəcək.

IYTC kartı ilə Siz aşağıdakıları edə bilərsiniz:

Ölkə daxilində və dünyanın 119 ölkəsində güzəştlərdən istifadə etmək
Gənclər üçün nəzərdə tutulmuş xüsusi tariflər üzrə dünyanın ən iri aviaşirkətlərinin biletlərini əldə etmək
IYTC kartını kim rəsmiləşdirə bilər?

12 yaşından 25 yaşınadək hər kəs
İSİC vəsiqəsindən fərqli olaraq İYTC vəsiqəsini rəsmiləşdirmək üçün təhsil almaq vacib deyil
IYTC kartını rəsmiləşdirmək üçün aşağıdakıları təqdim etmək lazımdır:

Şəxsiyyət vəsiqəsi
3/4 ölçüdə 2 rəngli fotoşəkil
9 AZN
IYTC kartının etibarlılıq müddəti: rəsmiləşdirmə anından etibarən 1 il.


Bizim ən yaxşı təkliflərimiz!