STI TRAVEL – SİZİN SƏYAHƏT AGENTLİYİNİZ
STI Travel – Beynəlxalq Tələbə Səyyahları Konfederasiyasının (İSTC) rəsmi nümayəndəliyidir. Şirkətimiz 1949-cu ildə UNESCO-nun himayəsi altında Böyük Britaniyada təsis edilmişdir. Bizim dünyanın 1116 ölkəsində nümayəndəliyimiz vardır.
Azərbaycanda 7 illik uğurlu iş ərzində sizə aşağıdakı xidmət növlərini təklif edə bilərik:
- ISIC Beynəlxalq sertifikatlarının qeydiyyatı
- Təyyarə biletlərinin sifariş edilməsi və tələbələr, gənclər və müəllimlər üçün xüsusi qiymətlər
- Şirkətlərin korporativ xidmətləri
- Qrupşəkilli endirimlər
- Aşağı məbləğli hava yolları
- Turist səyahətlərinin qeydiyyatı
- Həm xaricdə, həm də Bakıda otellərin bronlaşdırılması
- Azərbaycan vətəndaşları və əcnəbilər üçün viza yardımı
- Xaricdə yaşayan və Azərbaycana gələn şəxslərin sığortalanması
- Pul köçürmələri
- Hava limanında qarşılama və yola salma – Azərbaycanın ərazisində konfransların və işgüzar toplantıların təşkili
- Azərbaycanın rayonlarında istirahət
- Xaricdə təhsil proqramları
- ABŞ-da işləmək və səyahət etmək
Biz STI İnternational agentlikləri şəbəkəsini təmsil edir və dünyanın 110 hava yolunda qəbul edilən təyyarə biletinin şəxsi formasına malikik. Siz STA Travel şirkətinin rəsmi nümayəndəliklərini dünyanın 116 ölkəsində tapa bilərsiniz. Hər il biz daha güclü oluruq və bu gün artıq bizim sərəncamımızda 2 ofis və sizin peşəkar səviyyədə göstərilən xidmətlərdən yararlanmanız üçün öz gündəlik işlərini (5 +) yüksək səviyyədə yerinə yetirən 27 əməkdaş vardır.
Biz yalnız gənclər və tələbələrlə işləyirik və müştərilərimiz həmişə ən yaxşısını seçir. Onlar bilirlər ki, evdə musiqiyə qulaq asmaq daha asandır, lakin onlar gənclik ehtirası sayəsində zaman və msafəni aşaraq Londonda konsertə getməyə can atırlar. Onlar asan yollar axtarmırlar və səyahət zamanı şəhərin bütün guşələrini görməyə, yerli sakinlərlə tanış olmağa, ölkənin adət-ənənələrini yaxından duymağa və dadını çıxarmağa çalışırlar.
Səyahəti son damlasınadək istifadə edin və unikal daddan həzz alın! Bütün dünyada dostlar tapın, bu olduqca xoşagələndir, elə deyilmi?
STI Travel sizin sürprizlərlə dolu səyahət və kəşflər etməniz üçün dünyaya olan yeganə biletinizdir. Bu dünyanı kəşf edin və onun necə gözəl olduğunu görəcəksiniz...























